Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

aliya Liviyanın sahil-mühafizə xidmətinin gücləndirilməsinə yardım edə

İtaliya miqrant ticarətinə son qoymaq üzrə cəhdləri gücləndirmək üçün Liviyaya 10 motorlu qayıq və 2 gəmi verəcək. AZƏRTAC xəbər verir ki, həmçinin gəmilərin xidməti və Liviya hərbi-dəniz donanması, sahil-mühafizə heyətinin təlimi üçün iki il ərzində 1,4 milyon avro ayrılması da nəzərdə tutulur. Miqrant böhranı ilə üzbəüz qalan İtaliya miqrant axınının dayandırılmasına yardım etmək məqsədilə artıq Liviyanı digər hərbi-dəniz silahlanmaları ilə təchiz etdiyi bildirilir. Bununla yanaşı, Maltada qeyri-hökumət təşkilatına məxsus “Sea watch” miqrant xilasetmə gəmisi saxlanılıb. İtaliya Aralıq dənizində miqrantları xilas edən qeyri-hökumət təşkilatlarının limanlarını bağlamağa başlayıb. Xilasedici gəmilərdən ikisi İspaniyaya, biri isə Maltaya yollanmaq məcburiyyətində qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır