Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Hindistan ən yaxşı beş gəmiqayırma ölkəsindən biri olacaq

Hindistan yaxın onillikdə dünyanın ən yaxşı beş gəmiqayırma ölkəsindən biri olacaq.

“Seanews.az” xəbər verir ki, bunu respublikanın Baş naziri Narendra Modi Mumbayda 2023-cü ildə üçüncü Qlobal Dəniz Hindistan Sammitinin (“Global Maritime India Summit 2023”) açılışı münasibətilə videomüraciətində bildirib.

"Hindistan yaxın onillikdə ən yaxşı beş gəmiqayırma ölkəsindən biri olacaq. Şüarımız "Hindistanda istehsal et, dünya üçün et"dir", - Modi deyib.

O, yaxın vaxtlarda ölkənin müxtəlif regionlarında gəmiqayırma və təmir mərkəzlərinin yaradılacağını bildirib.

Xatırladaq ki, üçüncü Qlobal Dəniz Hindistan Sammiti 2023 oktyabrın 17-dən 19-dək Mumbayda keçirilir. Tədbirin təşkilatçıları Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyidir.

GMIS 2023-ün ilk sessiyasında 12 ölkənin nazirləri iştirak edəcək. 28 dövlətdən 115 rəsminin iştirakı təsdiqlənib. Nümayəndələrin ümumi sayı 3 mindən çoxdur. Tədbir zamanı dəniz sektorunun inkişafı üzrə əsas məsələlər, xüsusilə limanlar, sahil gəmiləri və daxili su nəqliyyatı, gəmiqayırma, gəmi təmiri və təkrar emalı, sığorta və arbitraj, dəniz təhlükəsizliyi və dəniz turizmi müzakirə olunacaq.

Onu da xatırladaq ki, Çin hazırda gəmiqayırma sənayesində lider hesab olunur. Bu ölkədə tikiləcək gəmilərin ümumi tonajı 133,93 milyon ton təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır