Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Limanların 30%-i “vahid pəncərə” tətbiq etməyə hazır deyil

Dünya limanlarının demək olar ki, üçdə biri Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələblərinə əsasən, 2024-cü il yanvarın 1-dən məcburi olacaq Dəniz Vahid Pəncərə (“Maritime Single Window “– “MSW”) sistemini tətbiq etməyə hazır deyil.

“Seanews.az”  xəbər verir ki, gələn ildən dünyanın bütün limanlarında gəmilərin limanlara gəlişi, dayanma və yola salınmasının qeydiyyatının zəruri elektron məlumat mübadiləsi üçün “vahid pəncərə” məcburi olacaq. Bununla belə, “Kale Logistics Solutions” tərəfindən 200 limanı əhatə edən sorğu göstərib ki, onların 30%-i bu tələbi yerinə yetirməyə hazır deyil.

“Kale Logistics Solutions” qeyd edir ki, sorğunun məqsədi “MSW” tətbiqi ilə sənayenin əldə edə biləcəyi iqtisadi faydanı müəyyən etmək olub. Sorğunun nəticələri ildə 50 milyarda qədər potensial qənaət göstərib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır