Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“ABS” dənizdə üzən modul reaktorlu elektrik stansiyasının konsepsiyasını bəyənib

Amerika Təsnifat və Sertifikatlaşdırma Cəmiyyəti “HD Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) və Cənubi Koreyanın elektrik stansiyası mühəndisliyi və tikinti şirkəti “KEPCO Engineering and Construction Company, Inc” (KEPCO E&C) tərəfindən birgə hazırlanmış üzən dəniz atom elektrik stansiyası layihəsini nəzərdən keçirib və prinsipial təsdiqini verib.

“Seanews.az” xəbər verir ki, AiP sertifikatının tərtibatçılara təqdimatı Vaşinqtonda (ABŞ, Kolumbiya) baş tutub.

Konsepsiyanın hazırlanmasında iki Cənubi Koreya şirkəti ilə yanaşı, “ABS” və Liberiya Beynəlxalq Gəmiçilik və Korporativ Reyestr (“LISCR”) də iştirak edib.

Üzən barj kiçik modul reaktorla (SMR) təchiz olunub və ucqar yaşayış məntəqələrini və ada ərazilərinin elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.

“HD KSOE” gəmi sistemləri üçün ilkin layihələri təmin edib, “ABS” və “LISCR” daha sonra sinif və qanuni tələblərə əsaslanan konstruksiyanı tamamlayıb. “KEPCO E&C” konsepsiyanın gələcək kommersiyalaşdırılması üçün risklərin qiymətləndirilməsi üzərində işləməyə davam edəcək.

1862-ci ildə qurulan Amerika Gəmiçilik Bürosu (“ABS”) beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyətidir və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) 13 üzvündən biridir. “ABS” gəmi layihəsi və texniki xidmət standartlarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üzrə ixtisaslaşıb, bunun əsasında təsnifat aparır. Dəniz gəmilərinin tikintisinə, təmirinə və istismarına texniki nəzarəti həyata keçirir, naviqasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun təsnifatı və yoxlanılması ilə məşğul olur. Baş ofisi Hyustonda (Texas, ABŞ) yerləşən şirkətin dünyanın 70 ölkəsində 200-dən çox nümayəndəliyi var.

“KSOE” Cənubi Koreyanın gəmiqayırma, neft emalı və mühəndislik nəhəngi “HD Hyundai”-ın törəmə şirkətidir. Onun üç əsas filialı var: “Hyundai Heavy Industries”, “Hyundai Mipo Dockyard Co.” və “Hyundai Samho Heavy Industries Co.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır