Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Şimal dənizində quru yük gəmiləri toqquşub

Oktyabrın 24-də səhər tezdən Şimal dənizində “Polesie” (Baham adaları bayrağı) və “Verity” (Böyük Britaniya bayrağı) yük gəmiləri toqquşub. 1 nəfər sudan xilas edilib və ona tibbi yardım göstərilib.

“Seanews.az” xəbər verir ki, bir neçə nəfər itkin düşüb, xilasedicilər onları axtarırlar.

Qəza Helqoland adasından təxminən 12 dəniz mili (22 km) cənub-qərbdə və Lanqeoq adasından 17 dəniz mili (31 km) şimal-şərqdə baş verib. “Verity” quru yük gəmisinin toqquşmadan sonra batdığı güman edilir. “Polesie” gəmisi isə göyərtəsində 22 nəfərlə suyun üzərindədir.

Axtarışlara müxtəlif xidmətlərin bir neçə xilasedici gəmisi, həmçinin Almaniya Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə helikopteri cəlb olunub. Fövqəladə Hallar Komandanlığı əlavə məlumat əldə etmək üçün dəniz üzərindən uçmaq üçün sensor təyyarəyə də göstəriş verib.

Uzunluğu 91 metr, eni 14 metr olan "Verity" gəmisi Böyük Britaniyanın Bremen şəhərindən İmmingem istiqamətində üzürmüş. Uzunluğu 190 metr, eni 29 metr olan “Polesie” quru yük gəmisi isə Hamburqdan La-Korunyaya (İspaniya) gedirmiş.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır