Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Tayland sualtı qayığı almaqdan imtina edib

Tayland hökuməti 17 milyard baht (470 milyon dollar) dəyərində freqatı almaq üçün Çindən “S26T Yuan” sualtı qayığının alınmasından imtina etmək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Tailand PBS” telekanalı məlumat yayıb.

Taylandın müdafiə naziri Suthin Khlanqseng bildirib ki, Çin hökuməti artıq təklifi nəzərdən keçirməyə razılaşıb və danışıqların növbəti mərhələsi noyabr ayına planlaşdırılıb.

Çin gəmiqayırma şirkəti “CSOC” sualtı qayığı alman istehsalı olan dizel mühərriki ilə təchiz etmək müqaviləsini yerinə yetirə bilmədiyi üçün sualtı qayığın alınması ilə bağlı sövdələşmə baş tutmayıb. Almaniya onu Çinə satmaqdan imtina edib.

Pekin, öz növbəsində, sualtı qayığı Çin istehsalı olan mühərriklə təchiz etməyi, daha sonra alternativ olaraq freqat və ya dəniz patrul gəmisinin alınmasını təklif edib.

Tayland hökuməti freqat variantı üzərində dayanmaq qərarı verib. Noyabrda yeni müqavilə bağlana bilər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır