Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Aralıq dənizi hövzəsinin ən böyük limanında sentyabrda 6,3 milyon ton yük aşırılıb

2023-cü ilin sentyabr ayında Valensiya (İspaniya) limanında keçən ilin sentyabr ayı ilə müqayisədə 2% artımla demək olar ki, 6,3 milyon ton yük aşırılıb.

“Seanews.az” xəbər verir ki, yükaşırmalarda artım altı aylıq yük axınlarının azalmasından sonra dördüncü aydır ki, müşahidə olunur.

Hesabat dövründə tonla yük dövriyyəsi 7,76% artıb, konteyner dövriyyəsi 4,4% azalaraq 385,8 min TEU-ya (2022-ci ilin sentyabrında - 403,8 min TEU) düşüb.

Valensiya Liman İdarəsi göstəricinin aylıq artımını ümumi yükaşırmaların 14,47% artması ilə izah edir. Valensiya terminallarında toplu yüklərin aşırılması 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 8,9% azalıb. Sahil xətləri ilə daşınan Ro-Ro yüklərinin işlənməsi 15,5% artaraq 51,2 min ədəd təşkil edib.

Yanvar-sentyabr aylarında tonla yük daşınması 6,9%, 20 fut ekvivalent yüklərdə isə 9,9% azalıb.

2023-cü ilin yanvar-sentyabr aylarında kabotaj yüklərin aşırılması 10 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çoxdur.

Yanvar-sentyabr aylarında Valensiya və Saqunto terminallarında 476,4 min avtomobil (+18,62%) işlənib. Avtomobillər və onların ehtiyat hissələri seqmentində müsbət dinamika davam edir: artım 14,8% (1,5 milyon ton) təşkil edib. Gübrələrin işlənməsində  4,9% - 2022-ci ilin doqquz ayında 574,4 min tona qarşı 603 min tona qədər artım olub.

Valensiya Dəniz Terminalında xidmət göstərilən kruiz və müntəzəm sərnişinlərin sayı hesabat dövründə 19,76% artıb. Sentyabrda isə kruiz sərnişinlərinin sayında 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 5,06% artım qeydə alınıb.

Valensiya limanı Avropanın beşinci ən işlək, İspaniya və Aralıq dənizi hövzəsinin ən böyük limanıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır