Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Balticconnector”-un zədələndiyi yerdə gəmi lövbəri tapılıb

“Balticconnector” qaz kəmərinə dəymiş ziyanın araşdırılmasında Rusiyanın iştirakı ilə bağlı versiya əsas hesab edilmir.

“Seanews.az” xəbər verir ki, bu bəyanatla Finlandiyanın hüquq-mühafizə orqanları çıxış edib.

Finlandiya Mərkəzi Kriminal Polis İdarəsinin rəhbəri Robin Lardonun hadisədə Rusiya Federasiyasının mümkün iştirakı ilə bağlı sualına “Biz fərz etməyəcəyik”, - cavabını verib.

Hüquq-mühafizə orqanlarının sözçüsü Risto Lohi isə deyib ki, Finlandiya polisi “Balticconnector” yaxınlığında dibdə olan yad obyekti götürüb və bunun lövbər olduğu qənaətinə gəlib. "Biz bu səhər hadisə yerindən yad cisim çıxardıq. O, lövbərə bənzəyir."

O əlavə edib ki, lövbərin bir hissəsi itib.

Lardonun sözlərinə görə, Finlandiya polisi “Balticconnector”-a dəyən ziyanı araşdırarkən diqqəti Çinin “Newnew Polar Bear” gəmisinə yönəldir. Mərkəzi Kriminal Polis İdarəsinin rəisi qeyd edib ki, istintaq çərçivəsində bir çox gəmilərə baxış keçirilib. Tədqiqat obyekti “Newnew Polar Bear” gəmisidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır