Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Bu il “MSC”-nin 15 konteyner gəmisi metal qırıntısı kimi satılıb

Bu yaxınlarda “MSC” gəmiçilik şirkəti 1988-ci ildə inşa edilmiş “MSC Denisse” və 1989-cu ildə tikilmiş “MSC Levina” konteyner gəmilərini təkrar emal üçün satıb.  Həmin gəmilərin hər birinin tutumu 2,9 min TEU olub.

“Seanews.az” xəbər verir ki, bütövlükdə “MSC” gəmiçilik şirkəti cari ildə ümumi tutumu 40 min TEU olan 15 konteyner gəmisini təkrar emal məqsədilə satıb.

"Hindistanda metala böyük tələbat və çətin konteyner daşınması şərtlərinə görə, daha çox konteyner gəmisi ləğv ediləcək", - deyə “Global Marketing Systems” proqnozlaşdırır.

Eyni zamanda, “MSC” bu yaxınlarda 7 min TEU tutumlu və 2003-cü ildə inşa edilmiş və adı dəyişdirilərək “MSC Magnitude VII” adlandırılan “Northern Magnitude” konteyner gəmisini alıb. Gəmi Almaniyanın tonaj təchizatçısı “Northern Shipping Holding”-dən 17,5 milyon dollara alınıb.

“MSC” rekord yükdaşıma tarifləri fonunda 2022-ci ilin avqustundan bəri 311 konteyner gəmisi əldə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır