Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Tayland milli xətti gəmiçilik şirkəti yaradacaq

Taylandın Nəqliyyat Nazirliyi yük daşınmasını inkişaf etdirmək məqsədilə milli gəmiçilik şirkəti yaratmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə “The Bangkok Post” qəzeti nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Nəqliyyat nazirinin müavini Manaporn Çaroesri verdiyi açıqlamada Taylandın Limanlar İdarəsinə (PAT) belə bir layihə üzrə texniki-iqtisadi əsaslandırmanın aparılmasının tapşırıldığını söyləyib.

Taylandın Limanlar İdarəsinin baş direktoru Krienqkray Çaysiruvonqsuk bildirib ki, liman idarəsi layihəyə baxışının nəticələrini Nəqliyyat Nazirliyinə təqdim edib və o, yeni yaradılan gəmiçilik şirkətinin dövlət müəssisəsi kimi, yoxsa dövlət-özəl tərəfdaşlığı əsasında fəaliyyət göstərməsi barədə qərar verəcək.

Ümumiyyətlə, Limanlar İdarəsinin rəhbərliyi hesab edir ki, yeni şirkət həm ölkədaxili, həm də beynəlxalq yükdaşıma marşrutlarına xidmət etməlidir, lakin əsasən səkkiz ölkədaxili daşıma marşrutuna diqqət yetirəcək. Səkkiz marşrutdan üçü hazırda özəl şirkətlər tərəfindən idarə olunmur.

PAT administrasiyası çevik idarə olunmasını təmin etmək üçün yaradılan şirkəti dövlət-özəl tərəfdaşlığı əsasında idarə etməyə üstünlük verir.

Milli gəmiçilik şirkətinin ilkin olaraq Taylandın ixrac və idxal yüklərinin həcminin təxminən 2%-i və ya 31.000 TEU daşıması gözlənilir.

Yeni gəmiçilik xətti ilkin olaraq dörd konteyner gəmisindən ibarət donanmaya sahib olacaq.

Qeyd edək ki, Tayland Nəqliyyat Nazirliyinin milli gəmiçilik xətti yaratmaq planları barədə ilk dəfə 2021-ci il sentyabrın 28-də Çilinin “Portuario” portalı xəbər verib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır