Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Qara dənizdəki “müvəqqəti dəhliz” işini bərpa edib

Türkiyə, Panama və Liberiya bayraqları altında üzən dörd yük gəmisi Odessa limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, taxılla yüklənmiş “Manassa Queen” və “Propus” (hər ikisi Panama), “Gloria G” (Liberiya) və “Iasos” (Türkiyə) gəmiləri İstanbul boğazına doğru istiqamət götürüb.

Oktyabrın 26-da Ukrayna Dəniz Limanları Administrasiyası Qara dənizdə “müvəqqəti dəhlizin” fəaliyyətinin təhlükəsizlik mülahizələrinə əsasən bir gün dayandırıldığını elan etmişdi. Administrasiyanın məlumatına görə, buna Qara dəniz üzərində Rusiyaya məxsus aviasiyanın aktivləşməsi səbəb olub. Ukraynanın İnfrastruktur Nazirliyi isə hazırda Odessa limanlarında 23 gəminin yükləndiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Qara dənizdə yerləşən Çernomorsk, Odessa və Yujnıy limanlarına üzən ticarət gəmiləri üçün “müvəqqəti dəhliz” avqust ayından fəaliyyət göstərir. Bununla belə, marşrut üzrə hərbi təhdid və mina təhlükəsi mövcuddur. “Taxıl sazişi” qüvvədən düşdükdən sonra Ukrayna limanından ilk yük gəmisi avqustun 16-da yola çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır