Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Panama kanalında LNG təchizatı üçün icazə alınıb

Floridada yerləşən “Crowley” şirkəti Panama Dəniz İdarəsindən (AMP) Panama kanalının Sakit okean tərəfində mayeləşdirilmiş təbii qazın (LNG) bunkeri üçün ilk icazəni alıb.

“Seanews.az” xəbər verir ki, enerji qrupu 2024-cü ildə başlaması nəzərdə tutulan “Gəmidən gəmiyə” LNG aşırılması xidmətlərini idarə edəcək.

Şirkət LNG-nin gəmilərə təhlükəsiz çatdırılması üçün bunkerləşdirmə və əlaqəli infrastruktur həlləri təqdim etməyə hazırlaşır.

“LNG dəniz gəmiçiliyi üçün ən praktik alternativ yanacaq kimi tanınır və buna nail olmaq üçün “Crowley Shipping” şirkəti Şimali və Mərkəzi Amerikada LNG təchizatı əməliyyatlarını genişləndirir”, - deyə “Crowley Shipping” şirkətinin baş direktoru James Fowler bildirib.

Bu, Panama kanalı üçün yeganə belə layihə deyil. Oktyabrın əvvəlində Kanadanın “Seaspan şirkəti” enerji şirkəti “AES Corp LNG” ilə yanacaq təchizatı biznesinin inkişafı sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar. Əməkdaşlıq, ilk növbədə, Panama kanalından tranzit keçən gəmilərə LNG bunker xidmətlərinin göstərilməsi və digər regional bazarlarda oxşar imkanların araşdırılması məqsədi daşıyır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır