Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Ocean Alliance” ən böyük konteyner xətti alyansına çevriləcək

“CMA CGM”, “COSCO Shipping Lines” və “Evergreen Marine Corporation” gəmiçilik şirkətlərinin daxil olduğu “Ocean Alliance” alyansı 2025-ci ildə “2M” (“Maersk” və “MSC”) ortaqlığının başa çatmasından sonra konteyner bazarında ən böyük birliyə çevriləcək.

“Seanews.az” xəbər verir ki, iki konteyner daşıyıcı assosiasiyası – “Hapag-Lloyd”, “Ocean Network Express” (“ONE”) və “Yang Ming”-in daxil olduğu “Ocean Alliance” və “THE Alliance” əsas marşrutlarda fəaliyyət göstərən yeganə alyanslar olacaq, lakin bu alyanslar da miqyasına görə eyni olmayacaq.

Beləliklə, indi ümumi tutumu 4,22 milyon TEU olan 303 konteyner gəmisini idarə edən “Ocean Alliance” alyansı ümumi tutumuna görə hər birinin daşıma qabiliyyəti 3,1 milyon TEU olan “2M” və “THE Alliance” alyanslarından daha böyükdür.

Asiya-Avropa ticarətində “Ocean Alliance” alyansının bazar payı 34%, Asiya-Şimali Amerika ticarətində isə 35% təşkil edir. Onun bu marşrutlardakı payının artmağa davam edəcəyi gözlənilir, çünki bu alyansa daxil olan xətlərin ümumi sifariş kitabçası 2,38 milyon TEU-ya çatır.

“Alphaliner”-in qeyd etdiyi kimi, yeni gəmilərin hamısından “Ocean Alliance” xidmətlərində istifadə edilməsə də, "tikilməkdə olan 36 meqakonteyner gəmisinin Asiya və Avropa arasında marşrutlarda fəaliyyət göstərəcəyinə şübhə yoxdur".

Yanvar ayında “Ocean Alliance” yenilənmiş xidmətlər şəbəkəsi ilə “Day 7 Product” proqramını işə salıb. Buna əsasən, bütün alyans xidmətlərində ümumi tutumu 4,62 milyon TEU olan 353 gəmidən istifadə olunur. “Ocean Alliance” gəmilərinin orta ölçüsü 2017-ci ilin aprelindəki 9,6 min TEU-dan 2023-cü ildə 13 min TEU-ya yüksəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır