Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“OOIL”-nin baş direktoru dəyişdirilib

“OOCL”-nin ana şirkəti olan “Orient Overseas (International) Limited”-in (“OOIL”) icraçı direktoru və baş direktoru dəyişib.

“Seanews.az” xəbər verir ki, əvvəllər bu vəzifələri tutan Huanq Xiaowen onlardan, həmçinin daxili informasiya komitəsinin, risk komitəsinin və strateji inkişaf komitəsinin sədri vəzifəsindən, şirkətin icraiyyə komitəsinin tərkibindən istefa verib.

Noyabrın 25-dən bütün sadalanan vəzifələrdə onun yerini hazırda “China COSCO SHIPPING Corporation Limited” şirkətinin baş direktorunun müavini və partiya komitəsinin üzvü olan Çen Yanfan tutacaq (xatırladaq ki, 2018-ci ildən “COSCO” şirkəti “OOIL”-in əsas səhmdarı olmuşdur).

Çen Yanfan Böyük Britaniyanın Essex Universitetinin məzunudur, burada telekommunikasiya və informasiya sistemləri üzrə magistr təhsili və mühəndislik diplomu alıb. O, informasiya texnologiyaları, o cümlədən İnternet və əməliyyatların idarə edilməsinin rəqəmsallaşdırılması, müəssisənin idarə edilməsi sahəsində 25 illik təcrübəyə malikdir. “COSCO”-ya qoşulmazdan əvvəl “China United Network Communications Limited”-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır