Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Maersk” gəmiçilik şirkətinin maliyyə göstəriciləri bir neçə dəfə azalıb

“A.P. Moller – Maersk” 2023-cü ilin üçüncü rübü və 9 ayı üzrə maliyyə nəticələrini dərc edib.

““Seanews.az” xəbər verir ki, nəticələr çətin bazar mühitində gözləntilərə uyğun olub, dərəcələr 2022-ci il zirvəsindən əhəmiyyətli dərəcədə aşağı düşüb.

Qrupun üçüncü rüb üzrə gəliri 1,9 dəfə azalaraq 12,13 milyard dollar, EBITDA göstəricisi 5,8 dəfə azalaraq 1,88 milyard dollar olub. Əməliyyat mənfəəti 17,6 dəfə azalaraq 538 milyon dollara, vergidən əvvəlki mənfəət isə 13,3 dəfə azalaraq 691 milyon dollara düşüb. Xalis mənfəət 554 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 16,1 dəfə azdır.

Dəniz nəqliyyatı seqmentində (gəlir 2,3 dəfə azalaraq 7,9 milyard dollara, EBITDA 8,8 dəfə azalaraq 1,1 milyard dollara düşüb. Əməliyyat itkisi bir il əvvəl 8,7 milyard dollar olan əməliyyat mənfəətinə qarşı 27 milyon dollar təşkil edib ki, şirkət bunu tariflərə, xüsusən Asiya-Avropa ticarəti, Şimali Amerika və Latın Amerikası istiqamətlərində güclü təzyiqlə əlaqələndirib. Daşımaların həcmi təxminən 5% artaraq 6,3 milyon TEU-ya çatıb.

Logistika və Xidmətlər seqmentində gəlir 15,9% azalaraq 3,5 milyard dollara, EBITDA 13,9% azalaraq 339 milyon dollara, əməliyyat mənfəəti isə 24,4% azalaraq 270 milyon dollara düşüb.

Terminallar seqmentində gəlir 14,6% azalaraq 999 milyon dollar, EBITDA 9,7% azalaraq 353 milyon dollar, əməliyyat mənfəəti isə 31% azalaraq 270 milyon dollar olub.

Yedək və Dəniz xidmətləri (“Towage & Maritime Services”) seqmentində gəlir 18,3% azalaraq 483 milyon dollar, EBITDA 29,1% azalaraq 90 milyon dollar, əməliyyat mənfəəti isə 1,9 dəfə artaraq 194 milyon dollar təşkil edib.

2023-cü ilin 9 ayının sonunda qrupun gəliri 1,6 dəfə azalaraq 39,32 milyard dollara, EBITDA isə 3,5 dəfə azalaraq 8,75 milyard dollara düşüb. Əməliyyat mənfəəti 5,8 dəfə azalaraq 4,47 milyard dollar, vergidən əvvəlki mənfəət 5,2 dəfə azalaraq 4,8 milyard dollar olub. Xalis mənfəət 4,36 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 5,6 dəfə azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır