Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın gəmiqayırma müəssisələri rəqiblərini qabaqlayıblar

Cənubi Koreyanın gəmiqayırma müəssisələri oktyabrın sonunda sifariş edilmiş tonajın həcminə görə rəqiblərini qabaqlayıblar.

“Seanews.az” xəbər verir ki, “Clarkson Research Services”-in məlumatlarında belə deyilir.

Oktyabr ayında Cənubi Koreyanın gəmiqayırma şirkətləri həcmi 1,54 milyon CGT (kompensasiya olunmuş ümumi registr tonajı) olan 18 gəmi üçün sifariş alıblar ki, bu da dünya üzrə 2,49 milyon CGT sifariş həcminin 62%-ni təşkil edir. Eyni zamanda, dünya üzrə göstərici ötən ay 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 44% azalıb. Bu göstəriciyə görə, Çin 34 gəminin (820 min CGT) – dünya üzrə həcmin 33%-nin tikintisinə dair müqavilələr bağlayaraq ikinci yeri tutub.

“Yonhap” xəbər agentliyinin məlumatına görə isə Cənubi Koreya tərsanələri bu ilin iyul ayında sifariş edilmiş tonajın həcminə görə birinci yeri tutsalar da, sonrakı aylarda liderliyi Çin zavodlarına ötürüblər.

Eyni zamanda, oktyabrın sonuna olan məlumata görə, Çin, mövcud gəmiqayırma sifarişlərinin sayı baxımından, 59,06 milyon CGT (dünya üzrə göstəricinin 48%-i qədər), Cənubi Koreya isə 38,68 milyon CGT (32%) sifariş portfelinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır