Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“HMM”-nin xalis mənfəəti azalıb

Cənubi Koreyanın ən böyük konteyner daşıyıcısı “HMM”-nin 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 95% azalaraq 72,3 milyon dollar olub.

“Seanews.az” xəbər verir ki, “HMM” belə maliyyə göstəricilərini dəniz yükdaşıma tariflərinin aşağı düşməsi və yüklərin həcminin azalması ilə izah edir. İyul-sentyabr aylarında satış mənfəəti illik müqayisədə 58% azalaraq 1,59 milyard dollara, əməliyyat mənfəəti isə 97% azalaraq 57,5 ​​milyon dollara düşüb.

2023-cü ilin doqquz ayı ərzində şirkətin gəliri 4,78 milyard dollar, xalis və əməliyyat mənfəəti müvafiq olaraq 535,8 milyon dollar və 411,8 milyon dollar təşkil edib.

Qeyd edək ki, “HMM” gəmiçilik şirkətinin göstəriciləri ardıcıl 14 rüb müsbət olub. Eyni zamanda, 2023-cü ilin sentyabr ayının sonuna şirkətin borc nisbəti 20%-ə düşüb. 2022-ci ilin sonunda bu rəqəm 26% təşkil edib.

“HMM” rəsmiləri marşrutları sadələşdirmək və yeni biznes sahələrini inkişaf etdirməklə gəliri artırmaq niyyətində olduqlarını bildiriblər.

“HMM Co., Ltd.” inteqrasiya olunmuş nəqliyyat, logistika və gəmiçilik şirkətidir. 138 gəmidən ibarət donanmaya malik şirkət 50-dən çox dəniz marşrutuna xidmət edir və gəmiləri dünyanın 100-dən çox limanına yan alır. Donanma tutumu baxımından “HMM” onuncu ən böyük konteyner xəttidir. 2022-ci ildə “HMM”-nin konsolidə edilmiş xalis gəliri 88,6% artaraq 7,9 milyard dollara çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır