Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Belarus gübrə tranziti müqaviləsini pozduğuna görə Litvadan 1 milyard avro tələb edir

Belarus beynəlxalqarbitraja müraciət edərək, “Belaruskali” ASC-nin istehsal etdiyi gübrələrin Klaypeda dəniz limanına tranziti ilə bağlı müqaviləni pozduğuna görə Litvanın 1 milyard avro məbləğində təzminat ödəməsini tələb edib.

“Seanews.az” xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Rabitə və Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Belarus tərəfi investisiyaların təşviqi və qorunması haqqında 1999-cu ildə Litva-Belarus sazişinə əsaslanan arbitraja müraciəti barədə bizə məlumat verdi", - departament rəhbərinin müşaviri Qabriele Vasiliauskaite jurnalistlərə bildirib. Müşavirin aydınlaşdırdığı kimi, “Belaruskali” 1 milyard avro məbləğində təzminat tələb edir.

2022-ci il fevralın 1-də Litva hökuməti milli təhlükəsizlik maraqlarına cavab vermədiyi üçün Belarus gübrələrinin tranziti haqqında sazişi ləğv edib. Bu, ABŞ-ın onlarla Belarus şirkətinə, o cümlədən “Belaruskali” ASC-yə qarşı sanksiyalar tətbiq etməsindən sonra baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır