Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

a Asiya liderləri Aral gölünün problemlərini müzakirə edəcək

Orta Asiya ölkələri – Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri Aral gölü üçün bir araya gələcəklər. “Seanews.az” xəbər verir ki, Aral gölünün Xilası Beynəlxalq Fondunun təsisçi ölkələrinin dövlət rəhbərlərinin toplantısı bugün Türkmənistanın Türkmənbaşı şəhərində baş tutacaq. Görüşdən sonra bölgə ölkələrinin prezidentləri birgə bəyanat imzalayacaqlar. Aral gölünün Xilası Beynəlxalq Fondu 1993-cü ildə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılıb. Fonda prezidentliyi 2017-ci ildə qəbul edən Türkmənistan bu vəzifəni 2019-cu ilə qədər davam etdirəcək. Xatırladaq ki, Aral 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılırdı. Son 40 ildə onun sahəsi iki dəfə azalıb, suyun həcmi 18 metr aşağı düşüb. Duzluluğun artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür və beləcə ekoloji fəlakət zonası yaranır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır