Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

2023-cü ilin yanvar-oktyabr aylarında Sinqapur limanında 491 milyon ton yük aşırılıb

2023-cü ilin yanvar-oktyabr aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,87% artaraq 491 milyon ton olub.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 1,6% artaraq 160,5 milyon tona, toplu yüklərin aşırılması 9,4% artaraq 18,2 milyon tona, ümumi yüklərin aşırılması 1% artaraq 29 milyon tona, konteynersiz yüklərin aşırılması 4,3% artaraq 21,68 mln tona çatıb.

Hesabat dövründə limanın konteyner dövriyyəsi 32,2 milyon TEU təşkil edib ki, bu da 3,6% çox deməkdir.

Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanında 577,7 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır