Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“HD KSOE” iki etanol tankerinin tikintisi üçün 340 milyon dollar alacaq

Cənubi Koreya gəmiqayırma şirkəti “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) tutumu 98 min kubmetr olan etanın daşınması üçün iki iritutumlu gəminin tikintisi üçün 340 milyon dollar dəyərində sifariş alıb.  

“Seanews.az” xəbər verir ki, sifarişçi adı açıqlanmayan Asiyadan olan gəmiçilik şirkətidir.

Gəmilər “HD KSOE”-nin üç gəmiqayırma bölməsindən biri olan “HD Hyundai Heavy Industries Co.” tərsanəsində (Ulsanın cənub-şərq limanında) inşa ediləcək.

“HD KSOE” gəmiçilik şirkəti tankerləri 2027-ci ilin birinci yarısında istismara verməyi planlaşdırır.

Şirkət xatırladır ki, ümumi məbləği 21,23 milyard dollar olan 148 gəmi və bir üzən FPSO sisteminin tikintisi üçün sifarişlər alıb ki, bu da artıq planlaşdırılan illik sifariş kitabının (15,74 milyard dollar) 134,9%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır