Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

2035-ci ilə qədər Hindistan Hərbi Dəniz Qüvvələrinin 175 gəmisi və sualtı qayığı olacaq

Hindistan Hərbi Dəniz Qüvvələri ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcək 2047-ci ilə qədər özünü tam təmin etməyi hədəfləyir.

“Seanews.az” xəbər verir ki, bunu ölkənin Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Hari Kumar ölkənin qərbində yerləşən Karnavati Universitetində çıxışı zamanı deyib.

“The Economic Times” admiraldan sitat gətirib: "Müxtəlif tərsanələrdə inşa edilən 65 döyüş gəmisi və sualtı qayıqla Hindistan Hərbi Dəniz Qüvvələri Hindistanın iqtisadi inkişafında ön sıralarda olmağa çalışır".

Daha əvvəl xəbər verildiyi kimi, Hindistan 2035-ci ilə qədər Hərbi Dəniz Qüvvələrinin tərkibindəki gəmi və sualtı qayıqların sayını 175-ə çatdırmaq niyyətindədir. Hazırda 68 döyüş gəmisi və yardımçı gəminin tikintisi üzərində iş gedir.

Xüsusən də Hindistan öz tərsanələrində yeni təyyarədaşıyan gəmi inşa etməyi planlaşdırır.

Hindistanın öz layihəsi və istehsalı olan ilk təyyarədaşıyan gəmisi "Vikrant" ötən ilin sentyabrında rəsmi olaraq ölkənin hərbi dəniz qüvvələrinin tərkibinə qəbul edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır