Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Maersk” gəmiçilik şirkəti “Hoegh Autoliners”-dəki payını satıb

“Maersk” gəmiçilik şirkəti “Hoegh Autoliners”-dəki payını satıb.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, daşıyıcı “Hoegh Autoliners”-in 20 milyon səhmini 169 milyon dollara satıb. Beləliklə, “Maersk” gəmiçilik şirkəti “Hoegh Autoliners”-in səhmdarları sırasından çıxıb.

“Maersk bu ilin üçüncü rübünün maliyyə nəticələrinin təqdimatı zamanı proqnozlaşdırdığı çətin dövrlərə hazırlaşmaq üçün bütün mümkün maliyyə tədbirləri görür”, – nəşr yazır.

“Sahəmiz yeni normalarla üz-üzədir – tələb azalıb, qiymətlər tarixi səviyyələrə qayıdıb və xərc bazalarında inflyasiya təzyiqi var. Yaydan bəri əksər rayonlarda artıq nəqliyyat imkanlarının olduğunu müşahidə edirik. Bu amil, həmçinin konteyner gəmilərinin utilizasiyasının və gəmilərin dayanmasının aşağı templəri fonunda, yükdaşıma tariflərinin aşağı düşməsinə səbəb olur. Qarşıdakı çətin dövrləri nəzərə alaraq, maliyyə göstəricilərimizi qorumaq üçün xərclərin qarşısının alınması tədbirlərini sürətləndirdik”, - deyə onda baş direktoru Vinsent Klerk bildirmişdi.

Xatırladaq ki, “Maersk” sentyabr ayında “Höegh Autoliners”-in təxminən 16,9 milyon səhmini 115 milyon dollara satmışdı ki, bu da 8,86% pay demək idi.  Martda isə 13,5 milyon səhmini 80 milyon dollara satmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır