Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Tullantısız ammonyak bunker gəmisi yaradılacaq

Dünyanın ilk ammonyak gəmi bunker terminalını inkişaf etdirən Norveçin “Azane Fuel Solutions” şirkəti və ammonyak enerjisi istehsalı texnologiyaları üzrə ixtisaslaşmış “Amogy” şirkəti niyyət məktubu imzalayıblar.

“Seanews.az” xəbər verir ki, müqavilə çərçivəsində konsepsiyası “Azane” tərəfindən hazırlanmış bunker gəmisinin göyərtəsində ammonyakdan enerji əldə etmək üçün sistemin texniki imkanlarının öyrənilməsi planlaşdırılır.

Gəminin konstruksiyası yanacaq yüklərinin daşınması və ammonyak yanacağının ötürülməsi üçün sistemdən ibarətdir. Norveç şirkəti indi ammonyakla bunker edərkən ekoloji cəhətdən təmiz əməliyyatları təmin etməyin həlli yollarını axtarır.

“Amogy” şirkəti açıqlamasında bildirib ki, ammonyak enerji istehsalı həlləri müxtəlif sənaye sahələrində, o cümlədən gəmiçilikdə CO2 emissiyalarını azaltmağa yönəlib.

“Amogy” və “Azane” ammonyak enerjisi istehsalı texnologiyası ilə bunker çəninin yaradılması üzrə pilot layihə üzərində gələcəkdə də əməkdaşlıq etmək niyyətindədirlər. Şirkətlər ümid edirlər ki, belə bunker gəmiləri Hamburq, Rotterdam, Antverpen, Sinqapur və ya digər limanlarda yerləşdirilə bilər.

“Azane Fuel Solutions” şirkəti  “Yara Clean Ammonia” ilə birgə dünyada ilk ammonyak bunker şəbəkəsinin qurulmasına başlamağı planlaşdırır. Terminalın 2025-ci ildə istismara verilməsi nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır