Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çin gəmi inşaatçılarının tikəcəkləri gəmilərin ümumi dedveyti 61 milyon tondan çox olacaq

2023-cü ilin yanvar-oktyabr aylarında Çin tərsanələri tərəfindən alınan sifarişlərin dedveyti illik müqayisədə 12% artaraq 34,56 milyon ton, yeni alınan sifarişlərin dedveyti isə 61,06 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, 2023-cü ilin oktyabr ayının sonunda Çin tərsanələrinin sifariş kitabçasına daxil olan gəmilərin dedveyti 133,82 milyon tona çatıb ki, bu da 2022-ci illə müqayisədə 28,1% çoxdur.

Çində gəmi təmiri bazarı da böyüyür.

Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyasının (CANSI) məlumatına görə, Çinin on səkkiz ən böyük gəmi təmiri zavodu 2023-cü ilin on ayında 3630 gəmini təmir edib ki, bu da illik müqayisədə 2,1% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır