Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“ONE ORPHEUS” gəmisi nasazlıq səbəbindən idarəetməni itirib və körpüyə çırpılıb

Sinqapurdan Niderlanda gedən “ONE ORPHEUS” konteyner gəmisi İsmailiyyə yaxınlığındakı Əhməd əl-Mansi ponton körpüsünün yanından keçərkən nasazlıq səbəbindən idarəetməni itirib və körpüyə çırpılıb.

"Seanews.az" xəbər verir ki, kanal idarəsinin rəhbəri Usamə Rabianın sözlərinə görə, administrasiya konteyner gəmisini yedəkləmək üçün dörd gəmi göndərib. Rabia əmin edib ki, bu hadisə gəmilərin nəqliyyat arteriyası boyunca sonrakı hərəkətinə təsir göstərməyəcək.

Hadisə 2015-ci ildə magistral yolda sıxlığın aradan qaldırılması üçün çəkilmiş kanalın orta hissəsinin şərq xəttində baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır