Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Aktau limanındakı konteyner qovşağının 2025-ci ilin ortalarına qədər tikilməsi planlaşdırılır

Çinin böyük gəmiqayırma korporasiyası olan “China Shipbuilding Industry Corporation” (“CSIC”) Qazaxıstanın Aktau və Kurık limanlarında konteyner qovşağının tikintisinə maraq göstərib. Bu məsələ Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev ilə nəqliyyat infrastrukturu sahəsində iri Çin şirkətlərinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə edilib.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə “China Railway Group Ltd” və “CSIC” şirkətlərinin dəmir yolu layihələrinin həyata keçirilməsində, yolların və liman infrastrukturunun yenidən qurulmasında mümkün iştirakı müzakirə edilib. Belə ki, dəmiryol qrupu mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi və yenilərinin tikintisi layihələri ilə maraqlanıb.

Nazirliyin nümayəndələri şirkəti maraqlandıran layihələr haqqında ətraflı məlumat veriblər. Görüşdən sonra tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

“PortNews” xəbər verir ki, bundan əvvəl Çin İnşaat Mühəndisləri Tikinti Korporasiyası (“China Civil Enginееring Construction Corporation”, “CCESS”) də Qazaxıstanda nəqliyyat infrastrukturunun inkişafı layihələrində, o cümlədən çoxfunksiyalı Sarja terminalının, Aktau limanında konteyner parkının, Almatı vilayətində quru liman və logistika parkının inkişafı layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirmişdi.

Xəzər nəqliyyat və logistika qovşağına daxil olan Aktau dəniz limanında konteyner qovşağının tikintisinin 2025-ci ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin işə salınması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların intensivləşdirilməsinə və Çindən Avropaya axan tranzit yüklərin bir hissəsinin yönləndirilməsinə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır