Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Saziş çərçivəsində təxminən 1,6 milyard dollarlıq iş görülə bilər

“Kongsberg Maritime” və “Kongsberg Defence & Aerospace” şirkətlərinə məxsus “Kongsberg Naval Services” Norveç Müdafiə Materialları Agentliyi ilə “Fridtjof Nansen” sinifli freqatlara əməliyyat dəstəyi, texniki xidməti və onların ömrünün uzadılması üçün strateji müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, saziş çərçivəsində görülən işlərin ümumi dəyəri 17 milyard Norveç krona (təxminən 1,6 milyard dollar) çata bilər. Onun etibarlılıq müddəti 2040-cı ilədəkdır.

Gözlənilir ki, tərəflər “Fridtjof Nansen” sinifli freqatlara xidmət üzrə faktiki müqaviləni bu ilin sonuna qədər imzalayacaqlar.

2006 və 2011-ci illər arasında İspaniyanın “Navantia” şirkəti Norveç Hərbi Dəniz Qüvvələri üçün beş “F-310” sinifli freqat (“Fridtjof Nansen”) inşa etdi. Bu gün yalnız dörd gəmi xidmətdədir. “Helge Ingstad” freqatı 2018-ci ilin noyabrında Norveçin qərb sahillərində “Sola TS” tankeri ilə toqquşmadan sonra batıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır