Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

ABŞ Qırmızı dənizdəki vəziyyəti həll etmək üçün Norveçdən kömək istəyib

Amerika Birləşmiş Ştatları Qırmızı dənizdə təhlükəsizliyi təmin etmək üçün birgə beynəlxalq əməliyyat keçirmək xahişi ilə Norveçə müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin “E24” nəşri məlumat yayıb.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Eyvind Vad Petersson belə bir sorğunun alındığını açıqlayıb. Onun sözlərinə görə, müraciətə hazırda hakimiyyət orqanları tərəfindən baxılır.

Nəşrin məlumatına görə, Norveç Xarici İşlər Nazirliyi Qırmızı dənizdəki vəziyyəti izləyir və Norveç Gəmi Sahibləri Assosiasiyası ilə əlaqə saxlayır. Assosiasiya Norveçin Bab əl-Məndəb boğazında təhlükəsizliyin təmin edilməsi əməliyyatında iştirakına ümid edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır