Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

 “Maersk” Qırmızı dənizdə naviqasiyanı dayandırıb

Danimarkanın “Maersk” şirkəti husi yaraqlılarının Qırmızı dənizin cənub hissəsindən keçən bütün gəmilərə hücumları səbəbindən dekabrın 15-dən bu istiqamətdə naviqasiyanı dayandırıb.

"Maersk Gibraltar” ilə 14 dekabr tarixindəki insidentdən və konteyner gəmisinə növbəti hücumdan sonra biz Bab əl-Məndəb boğazından keçməli olan bölgədəki bütün “Maersk” gəmilərinə dekabrın 15-dən etibarən növbəti xəbərdarlığa qədər naviqasiyanı dayandırmağı tapşırmışıq", -deyə “Bloomberg” bu şirkətin açıqlamasına istinadla bildirir.

Bəyanatda qeyd olunur ki, silahlılar Qəzza zolağında münaqişəyə cavab olaraq, İsraillə əlaqəli ticarət gəmilərinə hücum edirlər. Hücumlar Hind okeanını Qırmızı dənizlə birləşdirən Bab əl-Məndəb boğazının ensiz hissəsində həyata keçirilir.  Şirkət gəmilərinin bölgəyə nə vaxt dönəcəyini dəqiqləşdirməyib.

Almaniyanın “Hapag-Lloyd” gəmi şirkəti də Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib. Bundan əvvəl “Hapag-Lloyd”un idarə etdiyi konteyner gəmisi Yəmən ərazisindən husilər tərəfindən atəşə tutulub.

AZƏRTAC xəbər verir ki, husi qruplaşması olan “Ənsar Allah” tərəfindən Qırmızı dənizdə mülki gəmilərə noyabr ayından mütəmadi xarakter alan hücumlar ABŞ və müttəfiqlərini hərbi cavab axtarmağa məcbur edir. Husilər dekabrın 13-də İsrailə gedən bütün gəmilərə hücum edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, qlobal daşımaların 10-12 faizi və qlobal neft tranzitinin təxminən 5 faizi Qırmızı dənizdən keçən nəqliyyat yolunun payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır