Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Üç şirkət Yaponiyanın Kobe limanını birgə modernləşdirəcək

Üç şirkət – “MOL”, “Kobe-Osaka International Port Corporation” və "K Line” Yaponiyanın Kobe limanında “Port Island” terminalının inkişafı layihəsinin həyata keçirilməsi üçün anlaşma memorandumunun imzalandığını bildirib.

“Seanews.az” xəbər verir ki, “MOL”-un açıqlamasında belə deyilir.

2025-ci ildə Kobe-Osaka Beynəlxalq Liman Korporasiyası tərəfindən Cənub körpüsünün genişləndirilməsi və təkmilləşdirmə işlərinin ikinci mərhələsi başa çatdıqdan sonra “MOL” gəmiçilik şirkəti “PC-14” körpüsünü icarəyə götürəcək və “KICT” Beynəlxalq Konteyner Terminalını genişləndirəcək. “MOL” hazırda digər şirkətlərlə birlikdə “KICT” və PC-15/16/17 əməliyyat körpülərini icarəyə götürür. “MOL” həmçinin “K Line” tərəfindən idarə olunan Rokko adasındakı konteyner terminalını “KICT”-ə qoşmağı təklif edir.

Genişləndirmə və modernləşdirmə işləri başa çatdıqdan sonra “KICT” Kobe limanında beynəlxalq konteyner yüklərinin təxminən 40%-ni idarə etməklə Yaponiyanın qərbində ən böyük terminala çevriləcək.

Genişləndirilmiş “KICT” körpülərinin ümumi uzunluğunu 1050 metrdən 1750 metrədək artıracaq. Bundan əlavə, terminalın arxasında birbaşa terminala qoşulan konteyner yük stansiyası və yerüstü kranı olan logistika obyekti tikiləcək. Bu obyektləri “MOL” Qrupuna daxil olan “Shosen Koun Co., Ltd” idarə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır