Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Üzən LNG terminalı Yunanıstana çatıb

2023-cü il noyabrın 26-da Sinqapur limanından çıxan “Aleksandrupolis” adlı üzən mayeləşdirilmiş təbii qazın saxlanması, emalı və boşaldılması gəmisi (FSRU) dekabrın 17-də daimi bazası olan Yunanıstana gəlib. 

“Seanews.az” xəbər verir ki, gəmi - terminalın sahibi “Gastrade” şirkətidir.

Gəmi 10 ay ərzində “Seatrium” tərsanəsində modernləşdirilib.

Üzən FSRU vasitəsi ilə qaz Yunanıstanın nəqletmə sisteminə və daha sonra istifadəçilərə - Yunanıstan, Bolqarıstan, Rumıniya, Şimali Makedoniya, Serbiya, Moldovaya, Ukraynaya, həmçinin Macarıstan və Slovakiyaya çatdırılacaqdır. Bütün sınaqlar başa çatdıqdan sonra LNG terminalının 2024-cü ilin birinci rübündə istismara verilməsi planlaşdırılır. Qazlaşdırma gücü ildə 5,5 milyard kubmetr təşkil edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır