Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Şri-Lanka digər ölkələrin elmi gəmilərini öz sularına buraxmayacaq

Şri-Lanka digər ölkələrin elmi gəmilərinin sularına daxil olmasını qadağan edib.

“Seanews.az” xəbər verir ki, bu qadağa 2024-cü ilin yanvarından qüvvəyə minəcək.

“Daily Mirror” ri-Lankanın xarici işlər naziri Məhəmməd Əli Səbrinin sözlərindən sitat gətirir: “Biz digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlar kimi okeanın elmi tədqiqatlarında iştirak etmək üçün öz potensialımızı inkişaf etdirməliyik”.

Səbri əlavə edib ki, Şri-Lanka geosiyasi əhəmiyyət kəsb edən məsələlərdə heç bir ölkə ilə düşmənçilik etmədən hərəkət etməyə sadiqdir.

Qadağa Çinin gələn ilin yanvarında tədqiqat gəmisinin yenidən Şri-Lanka sularına daxil olmasına icazə istəməsindən sonra qoyulub. Hindistanın etirazlarına baxmayaraq, 2023-cü ilin oktyabrında Çinin “Şi Yan 6” gəmisi Kolombo limanına səfər edərək Şri-Lankanın Milli Su Ehtiyatları Tədqiqat və İnkişaf Agentliyi ilə birlikdə Hind okeanında araşdırma aparıb.

2022-ci ilin sonunda Hindistan Hərbi Dəniz Qüvvələri Benqal körfəzində Hindistan ballistik raketlərinin planlaşdırılan sınaqlarından bir həftə əvvəl Sunda boğazı vasitəsilə Hind okeanına daxil olan Çinin “Yuan Wang 5” tədqiqat gəmisinin Şri-Lanka limanına girişini izləyib. Həmin ilin oktyabr ayında Çinin eyni tipli “Yuan Wang 6” gəmisinin ölkə sahillərində olması səbəbindən Hindistan 3 min km mənzilli “Agni-3” raketinin sınaqlarını təxirə salmaq məcburiyyətində qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır