Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Məhkəmə “Samsung Heavy” şirkətini inşa etdiyi tankerlərdəki qüsurlara görə 290 milyon dollar ödəməyə məcbur edib

London arbitraj məhkəməsi Cənubi Koreyanın “Samsung Heavy Industries Co.” gəmiqayırma şirkətini inşa etdiyi iki mayeləşdirilmiş təbii qaz (LNG) gəmisində aşkar olunan qüsurlara görə “SK Shipping Co.” şirkətinə 290 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib.

 “Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, aşkar edilmiş qüsurlara görə “SK Shipping” filialı LNG tankerlərinin istismarını dayandırmaq məcburiyyətində qalıb.

2023-cü il dekabrın 18-də xəbər dərc edildikdən sonra “Samsung Heavy”-in səhmləri 6,28% ucuzlaşaraq 7460 von olub.

1974-cü ildə yaradılmış “Samsung Heavy Industries” (“SHI”, baş ofisi Seulda yerləşir) dünyanın ən böyük gəmiqayırma şirkətlərindən biridir. “Samsung Group”-a daxil olan “SHI” şirkəti müxtəlif növ gəmilərin, dənizdə üzən kranların, portal kranların, gəmilər üçün rəqəmsal avadanlıqların tikintisi ilə məşğuldur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır