Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkmənistanın dəniz ticarət donanması neft ixracı hesabına yük dövriyyəsini artırır

2023-cü ilin yanvar-noyabr aylarında Türkmənistanın “Dəniz Ticarət Donanması” ASC-nin gəmiləri ilə yükdaşımaların ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,6% artaraq 2,064 milyon ton olub.

“Seanews.az” xəbər verir ki, ümumilikdə 2023-cü ilin yanvar-noyabr ayları üzrə yükdaşıma planı 129,4 faiz yerinə yetirilib.

Hesabat dövründə yük dövriyyəsi 867 milyon 149 min ton km təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz çoxdur.

2023-cü ilin yanvar-noyabr aylarında sərnişin dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,4 faiz artaraq 8,54 milyon sərnişin km olub.

Qeyd edilir ki, 3846 TEU konteyner daşınıb və artım tempi 277,3% təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır