Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Fırtına zamanı “Mayview Maersk” gəmisindən onlarla dolu konteyner dənizə düşüb

Almaniyanın Bremerhaven limanından Qdanska (Polşa) gedən 18 270 TEU tutumlu “Mayview Maersk” konteyner gəmisindən fırtına zamanı onlarla konteyner suya düşüb.

"Seanews.az" xəbər verir ki, Şimali Jutland sahillərində Skagerrakda 46 konteyner itib, bəziləri zədələnib. Nəticədə, yerli KİV-in məlumatına görə, ən azı dörd konteynerin içindəkilər Şimal dənizində Danimarkanın şimal sahillərinə çıxıb. Gəmi Katteqatda geniş dövrə vuraraq səfərinə davam edib.

Danimarka xətti gəmiçiliyi cümə günü yükün bir hissəsinin itdiyini təsdiqləyib və dəyən ziyanı qiymətləndirmək niyyətindədir.

Danimarka mediası təxminən 10 mil sahil xətti boyunca soyuducuları, tibbi ləvazimatları, o cümlədən şprisləri, ayaqqabıları və digər istehlak mallarını əks etdirən fotoşəkillər yayımlayıb.

“Mayview Maersk” dekabrın 21-də Almaniyanın Bremerhaven şəhərindən yola düşüb və dekabrın 24-də Qdanska çatıb. Təsdiqlənməmiş məlumatlara görə, gəmidə bir neçə zədələnmiş konteyner var. “Maersk” nümayəndələri bildiriblər ki, dənizdə itən konteynerlərin axtarışı üçün ayrıca şirkətlə danışılıb. Hadisə zamanı heyət üzvlərindən xəsarət alan olmayıb.

Qeyd edək ki, “Maersk” donanmasının ən böyük konteyner gəmisinin dedveyti 213 970 ton və uzunluğu 399 metrdir. Gəmi 2014-cü ildə tikilib və Danimarka bayrağı altında qeydiyyatdan keçib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır