Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Tanker operatoru “CMB.TECH” şirkətini alır

Tanker operatoru “Euronav” şirkəti “Compagnie Maritime Belge”-nin (“CMB”) bölmələrindən birini – “CMB.TECH”-i alır. 

“Seanews.az” xəbər verir ki, əməliyyatın dəyəri 1,15 milyard dollar qiymətləndirilir.

“CMB.TECH” təmiz texnologiyalar üzrə ixtisaslaşmış çoxşaxəli “CMB” qrupuna daxildir. “CMB.TECH” böyük dəniz və sənaye avadanlıqları, eləcə də iki yanacaq və hidrogenlə işləyən gəmiləri layihələndirir, tikir və istismar edir.  “CMB.TECH” bütün hidrogen dəyər zəncirində fəal iştirak edir və dörd fərqli bölmədən ibarətdir: Dənizçilik, Texnologiya və inkişaf, H2 İnfrastruktur və Sənaye avadanlıqları.”

Şirkət “CMB.TECH” adlanacaq və “Euronav” brendi onun tanker bölməsinin bir hissəsi kimi qalacaq.

Razılaşma “Euronav” səhmdarları tərəfindən təsdiqlənməlidir.

Hazırda “CMB”-nin donanması 150 gəmidən, “Euronav”-in donanması isə 56 gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır