Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” şirkəti “Zvezda” gəmiqayırma kompleksinə avadanlıq istehsal etməkdən imtina edib

Cənubi Koreyanın “Samsung Heavy Industries” şirkəti Rusiyanın “Zvezda” gəmiqayırma kompleksi ilə müqavilə çərçivəsində 15 LNG gəmisindən 10-u üçün blok və avadanlıq istehsal etməkdən imtina edib.

“Reuters”-in “Samsung” nümayəndəsinə istinadən verdiyi məlumata görə, Cənubi Koreya şirkəti beş qaz daşıyıcısı üçün avadanlıqların istehsalını başa çatdırır. Qalan on gəminin istehsalının dayandırıldığı bildirilib, lakin müqaviləyə hələ xitam verilməyib.

“NOVATEK”-in “Arctic LNG-2”-dən mayeləşdirilmiş təbii qazın nəqli üçün “Zvezda” gəmiqayırma kompleksində buz sinfinə aid 15 tanker tikilir.

Bundan əvvəl “Korabel.ru” məlumat vermişdi ki, Fransanın “TotalEnergies”, Çinin “CNPC” və “CNOOC” şirkətləri və Yaponiyanın “Mitsui” və “JOGMEC” konsorsiumu “Arctic LNG-2” layihəsində iştirakla bağlı fors-major elan ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır