Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çinin ilk dərin qazma gəmisi sınaqlarını başa çatdırıb

Çinin “Mengxiang” dərin qazma tədqiqat gəmisi sınaqlarını başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, gəmi Çinin cənubunda Pearl çayının sularında sınaqdan keçirilib. Sınaqlar zamanı əsas güc qurğularının və digər gəmi sistemlərinin tələblərə uyğunluğu təsdiqlənib.

Qeyd edilir ki, bu, Çində layihələndirilmiş və inşa edilmiş, həmçinin dəniz səviyyəsindən 11 min metr aşağıda tədqiqat və qazma işləri apara bilən ilk gəmidir. Uzunluğu 179,8 metr, eni 32,8 metr olan “Mengxiang” 120 gün avtonom üzə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır