Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Maersk Line” gəmilərini təmiz yanacaqla işləmək üçün hazırlayır

“Maersk Line” konteyner gəmilərini təmiz yanacağa keçirmək strategiyasını davam etdirir.

“Seanews.az”  xəbər verir ki, daşıyıcı “H” sinifli “Maersk Halifax” konteyner gəmisinin 2024-cü ildə metanolla işləməyə hazırlanacağını açıqlayıb.

15 282 TEU tutumlu “Maersk Halifax” gəmisini təmiz yanacağa keçirmək işlərinə 2024-cü ilin yayında başlanacaq. Üç ay davam edəcək bu işləri “Çinin Zhoushan Xinya” tərsanəsi həyata keçirəcək.

“Alphaliner-in məlumatına görə, “Maersk Halifax”-ın daxil olduğu “H” sinifli konteyner gəmilərinin uzunluğu 353 metr, eni 53,5 metrdir. Ümumilikdə “Maersk”-də 11 belə gəmi var. Seriyanın gəmiləri 2017-2019-cu illərdə Koreyanın “HHI” tərsanəsində inşa edilib. Bu konteyner gəmiləri “Maersk AE12” xidmətində “2M” alyansının bir hissəsi kimi istifadə olunur. Həmin sinifdən qalan 10 konteyner gəmisini təmiz yanacağa keçirmək imkanı var”, - nəşr yazır.

Bundan əlavə, “Maersk” daha bir bölmə əlavə etməklə, “Mickey Mouse Ears” texnologiyası ilə bu gəmilərin tutumunu artıracaq.

"Başqa bölmənin meydana çıxacağını fərz etsək, bu, konteyner gəmilərinin tutumunu 600 TEU - 15 282 TEU-dan təxminən 15 800 TEU-ya qədər artıracaq. Lakin bu tədbir yalnız əlavə edilmiş metanol yanacaq çənlərini kompensasiya edir; əslində tutum eyni qalacaq", - “Alphaliner” bildirir.

Xatırladaq ki, “Maersk Halifax” 2017-ci ildə tikilib, gəmi əvvəlki adı “Maersk Honam” olub. Həmin ilin yazında Sinqapurdan Süveyşə, Salalah limanından (Oman) təxminən 900 dəniz mili cənub-şərqdə üzərkən “Maersk Honam” gəmisində yanğın baş verib. Yanğından 17 ay sonra, 2019-cu ilin yayında “Maersk Honam” başqa adla istismara qayıdıb.

“Təsdiqlənməmiş məlumatlara görə, “Maersk” həmçinin metanolla işləyəcək 5,9 min TEU tutumlu 8 konteyner gəmisi sifariş edib. Onlar Çin və Yaponiyanın gəmiqayırma zavodlarında tikiləcək. Konteyner gəmiləri 2026-cı ilə qədər çatdırılacaq, “Lakin “Alphaliner” başqa bir sıra yeni tikililəri təsvir edərək, bunu “Maresk”in gizli sifarişi” adlandırır. Söhbət “Neo-Panamax” sinifli konteyner gəmiləri seriyasından gedir. 14 min TEU tutumlu bu seriyanın ilk gəmisi Yaponiyanın “JMU” (“Japan Marine Marine”) tərsanəsində tikilir və 2024-cü ilin birinci rübündə təhvil verilə bilər, - “Container News” yazır.

Buna baxmayaraq, “Maersk” tutumu 17 min TEU-dan çox olan konteyner gəmiləri sifariş etməyib. “Alphaliner”-in düşündüyü kimi, “MSC”-nin daxil olduğu “2M” alyansının yaradılmasından sonra daşıyıcı gəmilərin daha çevik ölçüsünə - 15-17 min TEU tutumuna üstünlük verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır