Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çin və Myanma Kyaukpyu dərin dəniz limanı layihəsinə qayıdır

Myanmanın hakimiyyət orqanları ilə Çin nümayəndələri arasında Myanmanın qərbindəki Kyaukpyu Xüsusi İqtisadi Zonasında dərin dəniz limanı layihəsinin həyata keçirilməsinə dair əlavə saziş bağlanıb.

“Seanews.az” xəbər verir ki, əvvəlki müqavilə 2020-ci ildə imzalanıb. Lakin COVID-19 epidemiyası səbəbindən onun həyata keçirilməsi iki ildən çox gecikib.

“...Kyaukpyu limanı layihəsi ilə Qərbi Asiya və Afrikadan idxal olunan malların dəhliz vasitəsilə Çinə daşınması vaxta və xərclərə qənaət edəcək”, - deyə hesabatda bildirilir.

Bundan əlavə, Myanma özü birbaşa digər qitələrə mal göndərə biləcək. O, indi bunu Sinqapur və Malayziya vasitəsilə edir. Layihə başa çatdıqdan sonra liman ölkədə beynəlxalq səviyyəli ilk dərin sulu dəniz limanına çevriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır