Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Kalypso di Navigazion” konteyner xətti gəmiçiliyi ləğv edilir

İtaliyanın “Kalypso di Navigazion” konteyner xətti gəmiçiliyi müflis olması barədə və şirkətin ləğvi üçün müraciət edib.

“Seanews.az” xəbər verir ki, buna səbəb İtaliya daşıyıcısının Çin gəmiçilik şirkəti “Zhonggu Shipping” ilə münasibətlərini çətinləşdirən İsrail-Fələstin münaqişəsi olub.

Xüsusilə, oktyabrda “Zhonggu Shipping” şirkəti İtaliya xətti gəmiçiyi ilə icarəyə götürülmüş dörd konteyner gəmisinin İsrail limanlarına daxil olmasına icazə vermədi. Asiya və Aralıq dənizi limanları arasında “Kalypso - Marco Polo” xidmətində tutumu 2,5 min TEU olan konteyner gəmilərindən istifadə edilib.

Gəmilər bir ay Qırmızı dənizdə və Çinin Pearl çayı deltasında lövbər salıblar. Sonra “Kalypso” alternativ yollar axtarmalı olub.

“Maritime Executive”-nin sözlərinə görə, “Kalypso” ciddi maliyyə problemləri yaşayır: İtaliyada bir gəmi bunker xidmətləri də daxil olmaqla ödəniş etmədiyinə görə həbs edilib.

İtaliyanın “RifLine” logistika şirkətinin törəməsi olan “Kalypso” pandemiya zamanı Asiya-Avropa ticarətində dəniz nəqliyyatı bazarına daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır