Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Panama kanalının istismarında gecikmələrə səbəb olan gəmilərə ödəniş tətbiq ediləcək

Panama kanalı administrasiyası (ACP) hərəkət cədvəlinin pozulmasına görə ödəniş tətbiq edir.

“Seanews.az”-ın məlumatına görə, ödəniş kanalın istismarında gecikmələrə və problemlərə səbəb olan gəmilərə tətbiq ediləcək.

Bu məbləğ, məsələn, normal tranzit haqlarına əlavə olaraq, qəzaya uğrayan gəmilərdən tutulacaq. Ödənişlər gəminin növündən, ölçüsündən və yükündən asılı olacaq.

Cədvəlin pozulmasına görə ödənişlərə gecikmənin müddəti və onun kanalın fəaliyyətinə təsiri nəzərə alınmaqla, ayrı-ayrılıqda baxılacaq. Ödəniş hər ton yükə və ya gəminin yerdəyişməsinə görə sabit tarif əsasında hesablanacaq.

ACP belə bir tədbirin kanalda əməliyyatların səmərəliyini və etibarlığını təmin edəcəyinə inanır.

Panama kanalı administrasiyası həmçinin qeyd edib ki, qəzaların təsirini minimuma endirmək və onların tez və səmərəli şəkildə həllini təmin etmək üçün gəmi operatorları ilə sıx əməkdaşlıq edəcək.

Xatırladaq ki, 2021-ci ilin martında “Evergreen” şirkətinə məxsus 20 min tonluq konteyner gəmisi “Ever Given” Qırmızı dənizdən Süveyş kanalına daxil olduqdan az sonra saya oturmuş və bununla da kanal boyunca hərəkəti bir həftə bağlamışdı. Kanal administrasiyası hadisə ilə bağlı təzminat kimi 900 milyon dollar tələb edirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır