Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“E-Flexer” seriyasının on üçüncü gəmisi 2026-cı ildə sifarişçiyə təhvil veriləcək

“Stena Line”-in törəmə şirkəti olan “Stena RoRo” Çinin “CMI Jinling” (Velhay) tərsanəsinə LNG ilə işləyən 13-cü gəmi-bərənin tikintisini sifariş verib.

“Seanews.az”ın məlumatına görə, “E-Flexe” bərəsi 2026-cı ilin birinci rübündə “Corsica Linea” operatoruna veriləcək və Marsel - Korsika Aralıq dənizi bərə xəttinə xidmət göstərəcək.

“E-Flexer” seriyalı bərələr adi Ro-Pax gəmiləri ilə müqayisədə daha böyük yük və sərnişin tutumuna və optimallaşdırılmış gövdə formasına malikdir. Gəmilər iki yanacaqlı mühərriklərlə təchiz olunub. Gələcəkdə bu seriyanın bərələri akkumulyatorlarla da işləyə biləcək.

Beləliklə, bu gün “Stena RoRo” gəmiqayırma proqramına “E-Flexer” seriyalı 13 bərə, həmçinin “New Max” seriyalı iki Ro-Ro gəmisinin tikintisi üçün təsdiqlənmiş müqavilələr daxildir. “CMI Jinling” gəmiqayırma zavodu eyni vaxtda altı gəmi inşa edəcək. Bu günə qədər Çin gəmiqayırma şirkəti sifarişçiyə doqquz gəmi təhvil verib.

Uzunluğu 203 metr, eni 27,8 metr, suya oturumu 6,5 metr olan 13-cü bərənin sərnişin tutumu 1 min nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır