Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çin dünyada ekoloji cəhətdən təmiz gəmilərin yarıdan çoxunu inşa etməyi hədəfləyir

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi təlimatlara əsasən, Çin 2025-ci ilə qədər dünya gəmilərinin yarıdan çoxunu təmiz yanacaqla təchiz etməyi qarşısına məqsəd qoyub.

Sənəddə istehsalı planlaşdırılan gəmilərin sayı göstərilmir.

“Seanews.az” xəbər verir ki, Çinin metanol və mayeləşdirilmiş təbii qaz kimi aşağı karbonlu yanacaqla işləyən daha çox gəmi tikmək planları Pekinin 2060-cı ilə qədər zərərli tullantılarsız çalışmaq niyyəti ilə bağlıdır.

Ölkənin səlahiyyətli orqanlarına görə, gəmiçilik sənayesinin ekoloji keçidi 2030-cu ilə qədər başa çatacaq.

2023-cü ildə Çin qlobal gəmiqayırma bazarına liderlik etdi və 2024-cü ildə də liderliyini davam edəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır