Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə, Bolqarıstan və Rumıniya minalardan təmizləmə ilə bağlı saziş imzalayacaq

Bolqarıstan, Rumıniya və Türkiyə müdafiə nazirlərinin müavinləri Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma memorandumu imzalayacaqlar.

“Report” bu barədə Bolqarıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İmzalanma mərasimi sabah, yanvarın 11-də İstanbulda baş tutacaq.

"Qrupun fəaliyyəti yalnız dinc xarakter daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib”, - nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması 2023-cü ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır