Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Norveç kruiz gəmilərinə məhdudiyyətlər qoymağı planlaşdırır

Norveç hakimiyyəti dizel mühərrikli kruiz gəmilərinin limanlara girişini qadağan etməyi planlaşdırır.

Bu barədə “Seanews.az” “RİA Novosti”-yə istinadən xəbər verir.

Qadağa ətraf mühitin mühafizəsi siyasətinə uyğun olaraq 2026-cı ildən qüvvəyə minəcək.

"Kruiz gəmiləri hər bir sərnişinə və qət edilən kilometrə görə dünyada ən yüksək emissiya istehsal edir. Bu gəmilər körfəzimizi çirkləndirir", - deyə Norveç Xarici İşlər naziri Espen Bart Eyde bildirib.

Daha əvvəl bildirilmişdi ki, Norveçin “Hurtigruten” kruiz şirkəti 2030-cu ilə qədər sıfır emissiyalı elektrik kruiz gəmisi inşa etməyi planlaşdırır.

“Sea Zero” adlanan layihə ilk olaraq 2022-ci ilin martında elan edilmişdi və o vaxtdan “Hurtigruten” 12 dəniz tərəfdaşı və Norveç tədqiqat institutu SINTEF ilə birlikdə emissiyasız dəniz səyahətini təmin etməyə kömək edə biləcək texnoloji həlləri araşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır