Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“CMA CGM Group” və “Air France-KLM” uzunmüddətli strateji kommersiya tərəfdaşlığı müqaviləsini ləğv ediblər

“CMA CGM Group” və “Air France-KLM” 2023-cü ilin aprelində imzalanmış uzunmüddətli strateji kommersiya tərəfdaşlığı müqaviləsini ləğv ediblər.

“Seanews.az”-ın məlumatına görə, bu qərar bəzi bazarlarda ciddi tənzimləmə çərçivəsi səbəbindən qəbul edilib.

Sənəd marşrut şəbəkələrinin, nəqliyyat imkanlarının və ixtisaslaşdırılmış xidmətlərin birləşdirilməsini nəzərdə tuturdu. Xüsusilə, bu sövdələşmə çərçivəsində “CMA CGM” və “Air France-KLM” 12 təyyarədən ibarət olan hava yolları donanmasının yük təyyarələrini birgə istismar etməyi planlaşdırırdı.

Müqavilə 31 mart 2024-cü ildə başa çatacaq, tərəfdaşlar kommersiya münasibətlərinin yeni şərtlərini müzakirə edirlər.

“CMA CGM”-ə görə, hər iki şirkət müştərilərə yüksək xidməti təmin etmək üçün birlikdə işləməyə sadiqdir.

“CMA CGM” gəmiçilik şirkəti “Air France-KLM”-in əsas səhmdarı olaraq qalır. Tərəflər razılaşıblar ki, “CMA CGM” bu il martın 31-də “Air France-KLM”-in direktorlar şurasından istefa verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır