Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İki böyük gəmiçilik şirkəti konteyner gəmiləri donanmalarını birləşdirir

“Hapag-Lloyd” və “Maersk” 2025-ci ilin fevralından başlayaraq uzunmüddətli əməkdaşlıq sazişi imzalayıblar.

“Seanews.az”xəbər verir ki, onların birləşmiş donanmasının daşıma qabiliyyəti 3,4 milyon konteyner vahididir (TEU).

Müqaviləyə əsasən, hər iki şirkət cədvəl etibarlığına 90%-dən çox nail olmaq kimi iddialı məqsəd qoyublar.

“Hapag-Lloyd”-un baş icraçı direktoru Rolf Habben Yansen vurğulayıb ki, onun şirkəti əməliyyat səmərəliliyinin artırılmasından və bütün sahənin karbonsuzlaşdırılması üçün birgə səylərdən faydalanacaq.

“Maersk” şirkətinin sözçüsü Vinsent Klerk müqavilənin inteqrasiya olunmuş logistika təkliflərini gücləndirəcəyinə və xidmətlərin daha etibarlı olmasına əmin olduğunu söyləyib.

Dünyanın ikinci və beşinci ən böyük konteyner gəmisi operatorlarından ibarət birləşmiş donanma 290 gəmidən ibarət olacaq, “Maersk” 60%, “Hapag-Lloyd” isə 40% paya sahib olacaq.

Razılaşma nəticəsində “Hapag-Lloyd” 2025-ci ilin yanvar ayının sonunda “THE Alliance” adlı gəmiçilik alyansından ayrılacaq. Bizmedia.kz xəbər verir ki, elandan dərhal sonra “Hapag”-ın səhmləri 2,6%, “Maersk”-ın səhmləri isə 1% bahalaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır