Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çindən Avropaya dəniz konteynerlərinin daşınmasının qiyməti kəskin artıb

Husilərin gəmilərə hücumları səbəbindən Qırmızı dənizdən yan keçməklə Çindən Avropaya bir konteyner daşınmasının qiyməti 1000 dollardan 4000 dollara qalxıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Niderlandın “Evofenedex” ticarət və logistika biznes assosiasiyasının dəniz məsələləri üzrə müşaviri Kasper Rurade danışıb.

"Dekabrın ortalarında - böhran başlamazdan əvvəl - daşıma qiymətləri kifayət qədər aşağı idi: Şanxaydan Rotterdama bir konteynerin çatdırılması təxminən 1 min dollara başa gəlirdi. Böhran başlayandan sonra maya dəyəri nəzərəçarpacaq dərəcədə artıb - indi bir konteynerin daşınması 4 min dollardan bahadır”.

Onun sözlərinə görə, əlavə xərclər və konteyner gəmilərinin sığortası üzrə də qiymət artımı var.

Xatırladaq ki, Qırmızı dənizdə ticarət gəmilərinə edilən son hücumlar dəniz yüklərinin daşınması tariflərini artırıb. Böyük konteyner daşıyıcıları Afrika qitəsi ətrafında marşrutdan istifadə edərək daşıma sxemlərini dəyişdilər. Bu, Asiyadan Avropaya çatdırılma müddəti ilə yanaşı (7 gündən 20 günə qədər), qiymətlərin də artmasına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır